Milli, yoxsa Molla Şura…

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Əli Kərimli

(www.saflig.com)

Ölkədə qorxu mühiti yaratmağa çalışan, insanların dini inancını, heysiyyatını onlara tapşırılmış plana uyğun olaraq siyasiləşdirən, hətta bəzən kriminallaşdıran bu cür radikalların ölkədə hansı xarici dövlətlərin muzdluları olduqlarını xalq çox aydın dərk etdiyi halda, Milli Şura, Meydan tv, Avropada oturub kürkünü günə yandıran Arif Məmmədov kimi öz çürük ambisiyaları naminə Azərbaycanın nəinki şəriət, hətta Afrikanın banan ölkəsi olmağından belə ar etməyənlər açıq və dolayı yolla radikal fanatizmin yanında olduqlarını bəyan etdilər…

  

Məğlubların süni birlik şousu…

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Cəmil Həsənli

(www.saflig.com)

Bu, heç nəyi dəyişməyəcək.Hər dəfə radikal düşərgədə daxili ziddiyyətlər qabaranda süni, reallığı əks etdirməyən birləşmə şouları yenidən dəbə düşür. Belə hallarda dəfələrlə sınaqdan keçirilib baş tutmayan şərti birlik formulları təkrar gündəmə gətirilir və müxalifət yönümlü mediada geniş müzakirə obyektinə çevrilir. Bu baxımdan, radikal düşərgənin – “Milli Şura”nın mitinq şoularının uğursuzluğa düçar olması fonunda AXCP ilə Müsavatın birləşməsi ideyasını yenidən müzakirəyə çıxarmaq cəhdləri heç də təsadüfi deyil.

  

Pənahın bülleten əməliyyatı…

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Pənah Hüseyn

(www.saflig.com)

Bu gün Sabirabad birinci seçki dairəsinin 13 saylı Sabirabad şəhər seçki məntəqəsində “Azadlıq-2015” blokundan deputatlığa namizəd Pənah Hüseyn dava salıb, sonra isə bülletenləri götürərək, məntəqədən qaçıb…

  

Qarışqa üstündə qurulan siyasət…

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Əli Kərimli

(www.saflig.com)

Bir qədər əvvəl belə məlumat yayılmışdı ki, guya Azərbaycanın Fransadakı səfirliyinin komendantı ölkəyə gəlməkdən imtina edib. Dərhal Əli Kərimli status yazmışdı ki, “Bu, növbəti diplomat qiyamıdır, sistem çökür”. Halbuki, əslində komendant diplomat yox, texniki heyət hesab olunur. Bu insanların məntiqini nədir? Onlar, sadəcə, bir qarışqa gözləyirlər ki, dərhal onu böyüdüb fil eləsinlər. Dəxli yoxdur, o qarışqa hansı sahədədir, nədir, nə edir… Əsas qarışqanı tapmaqdır, gerisi siyasətdir…

  

Müsavatın komanda problemi…

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Arif Hacılı

(www.saflig.com)

Müsavatın bazar günü keçirdiyi mitinqə az adamın gəlməsi sosial şəbəkədə zarafat mövzusuna çevrilmişdi.Çoxları zarafatla deyirdi ki, `Məhsul` stadionuna toplaşan adamlar hətta futbol oynamaq üçün də bəs etməz, bunu nəzərə alaraq, hesab edirik  ki, tribunada Müsavatın rəhbərliyi arasında belə bir dialoq olub.

  

İctimai Palata ilə Milli Şuranın fərqi…

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

İsa Qəmbər,Əli Kərimli

(www.saflig.com)

Guya İctimai Palata ilə Milli Şuranın fərqi nə idi? Əgər iş görmək istəyən bunu İctimai Palata adı altında görə bilməzdimi? Gərək onun adı dəyişib Milli Şura qoyulaydı? Misal üçün,  kostyum dəyişəndə o zaman adam  dəyişər ki? Forma dəyişməklə işi və mahiyyəti dəyişmək mümkün deyil. Əsas odur ki, mahiyyət dəyişsin. İnsan gərək düşünməsin ki, mən varamsa, məndən başqası mənim qarşıma keçə bilməz. Bu natural axmaqlıqdır, psixi pozğunluqdur. O cür adamlar dərhal həkimə getməli, özlərini müalicə etdirməlidir. Axı neçə prezident seçkisində uduzmaq lazımdır ki, sən siyasi meydandan gedəsən? Hələ baxarsınız, bir azdan “Yabı” İsik  öz yerinə oğluna gətirəcək. Ay “Yabı”  İsik , heç olmasa başqasını tənqid edəndə bir az da özünə bax da!”.

  

“Daha ağıllı” Müsavat oldu..

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Arif Hacılı

(www.saflig.com)

Bu günlərdə Müsavat partiyasının divanı toplandı və partiya seçkilərdə iştirakdan imtina etdi. Niyə seçkiyə bir neçə gün qalmış bu addım atıldı? Deyim sizə. Bu partiya digər bu addımı atanlardan daha “ağıllı siyasət” yürütdü. Yəni seçki təbliğat-təşviqat dövründə sonacan iştirak etmək üçün əlimizdən gələni etdik, amma rastlaşdığımız “qanun pozuntuları” bizi seçkini boykota məcbur etdi. Belə olan halda Müsavat xarici aləmdə özü üçün bu cür görüntü yaradacaqdı: “Ən güclü müxalifət partiyası bizik. Çalışdıq sonacan mübarizə aparaq, amma hakimiyyət qorxdu və iştirakımıza imkan vermədi”. Çox gözəl siyasi gedişdir. Bununla Azərbaycan hakimiyyətinə qarşı təzyiq üçün “əsas” yaratdığını düşünür. Necə məkrli olmaları burdan görünür…

  

İntellektlə Arif Hacılı bir-birinə tərs mütənasibdir…

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Arif Hacılı

(www.saflig.com)

İsa Qəmbərin, Arif Hacılının ümumiyyətlə Müsavat partiyasının 2015-ci il noyabrın 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərdən imtina etməsi onların seçkiqabağı keçirdikləri mitinqin iflasa uğraması ilə bağlıdır. Müsavatın keçirdiyi mitinqdə heç partiya rəhbərliyinin özləri iştirak etmirdi.Eləcə də bu şəxslər cəmiyyətdə onlara qarşı olan münasibətin bir daha şahidi oldular, əgər orada 5-10 min adam yığışsa idi, o zaman A.Hacılının bağırtısı bütün dünyanı götürmüşdü. Cəmiyyət sadəcə olaraq onların real gücünü gördü. Onların baykot çağırışı da ajiotajdan başqa bir şey deyil. Məgər onlar namizədliklərini verən zaman bilmirdilər ki, seçki durumu, mühiti nə yerdədir. Təbii ki, çox gözəl bilirdilər. Bu şəxslər ümid edirdi ki, hansısa sövdələşmə baş tuta bilər. Əgər Arif Hacılı başda olmaqla hakimiyyət dairələrindən onlara hansısa sövdələşmə olsa idi, bütün Müsavat partiyası onun ziddinə dursaydı belə, o, özünün namizədliyini verəcəkdi”.S.Əlisoy əlavə edib ki, iqtidarın bütün hərəkətləri çox doğru və düzgündür. Axı nədən Müsavatla sövdələşməyə getməlidi? Müsavatın heç bir gücü yoxdur. Əgər Müsavat mitinqə 200 adam toplayırsa, bu, hansı diqtəni edə bilər? Müsavat sadəcə bir dərnəkdir. Onlar heç bir zaman ortaya intellektual söhbət qoymayacaqlar. Çünki intellektlə Arif Hacılı bir-birinə tərs mütənasibdir…

  

İddia: “Xədicə İsmayılı Əli Kərimli həbs etdirib”…

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Əli Kərimli

(www.saflig.com)

Bu sözlər də müxalif düşərgədən gəlir .”Xədicə İsmayıl jurnalist peşəsindən silah kimi istifadə edirdi. O, 17 ildir ki, Əli Kərimlini təbliğ edirdi və onun hakmiyyətə gəlməsi üçün çalışırdı”. Bu fikirləri BAXCP-dən Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, bu həbsin əsas səbəbkarı AXCP sədri Əli Kərimlidir: “Şərqdə qadının həbs olunmasına yaxşı baxmırlar. Azərbaycan cəmiyyətində də qadının həbs edilməsi müsbət qarşılanmır. Xədicə İsmayıl 17 ildir jurnaslit peşəsini özünün “çətiri” sayırdı və “çətir” altında bütün fəaliyyətini hakimiyyətə gəlmək və Əli Kərimlinin təbliğatını aparmaq üzərində qurmuşdu. O, bu ölkədə Əli Kərimlidən başqa hər kəsi təqhir edirdi. Misal üçün, Əbülfəz Elçibəy, hakmiyətin bütün nümayəndələri, İsa Qəmbər, Rauf Arifoğlu və s. Bu adamın siyasi ambisiyaları var idi və bu açıq şəkildə də görünürdü”.Ə.Kərimli indiyə kimi öz çirkin siyasi məqsədlərinə çatmaq üçün Xədicə İsmayıl kimi insanlardan məhartələ istifadə edib. Onun sözlərinə görə, bu adamlar həbsə atılandan sonra isə Ə.Kərimli bir dəfə də olsun onların ziyarətinə getməyib: “Bu gün Əli Kərimli bu həbsdən istifadə edib, beynəlxalq təşkilatlarla alver edəcəyini istisna etmirəm. O, bu cür həbsləri qrant pridmeti sayır”….

  

Əli Kərimli, yoxsa Razi Nurullayev?

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Sərdar Calaloğlu

(www.saflig.com)

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, Razi Nurullayev onu şəxsən qurultaya dəvət edibmiş, lakin getməyib: “Getməməyimin səbəbini də Razi bəyə belə ifadə elədim ki, mənim Əli Kərimliyə qarşı neqativ münasibətim var, mənim qurultaya gəlməyim tərəf tutmaq mənasını verə bilər. Razi bəyə təşəkkür bildirdim və qurultaya getmədim. Əslinə baxsan hüquqi baxımdan Razi Nurullayev və tərəfdarları yeni adda bir partiyanın təsis qurultayını keçirsəydilər daha düzgün olardı. AXCP-ni tərk eləmiş insanların yığışıb Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş bir partiyanın adından qərar çıxarması, qurultay keçirməsi əslində «Siyasi partiyalar haqqında» Qanuna ziddir. Qanunçuluq nöqteyi-nəzərindən indiki halda AXCP kimi Əli Kərimlinin sədri olduğu təşkilatdır. Razi Nurullayevin də partiya yaratmaq hüququ var. Ancaq qanunda göstərilir ki, eyni adda ikinci partiyanın olması yasaqdır. Bu baxımdan Razi bəy təşkilatına başqa ad qoya bilər. Məsələn, ”Əsl Azərbaycan Xalq Cəbhəsi Partiyası” adı qoya bilərdi. Amma “AXCP” adı qoyulmasına qanun imkan vermir. Çünki dövlət qeydiyyatından keçmiş və dövlət qeydiyyatında ola-ola qurultayını keçirmiş AXCP adında partiya var. Bizim də münasibətimiz qanuna əsaslanır. Ədliyyə Nazirliyi də Əli Kərimlinin sədrlik etdiyi AXCP-nin əvəzinə başqa bir təşkilatı AXCP adı ilə qeydiyyatdan keçirə bilməz. Ona görə də ən düzgün o olardı ki, Razi Nurullayev qurultayını yeni adda bir partiyanın təsis qurultayı olaraq keçirəydi. Bu zaman onu yeni partiya kimi qeydiyyata alardılar”.

  
« 1 2 3 4 5 6 7 8 9 10 11 12 ... 266 »