Sərdar Cəlaloğlu: “Əli Kərimli “Azərbaycan siyasətinin primadonnası”dır”

Əli Kərimli

ADP sədri Sərdar Cəlaloğlu ilə AXCP sədri Əli Kərimli arasında başlayan söz savaşı yenidən gərginləşib. Səbəb də AXCP üzvlərinin Ə.Kərimlinin göstərişinə əsasən, sosial şəbəkələrdə və mətbu orqanlarda ADP sədrinin ünvanına təhqirlər səsləndirmələri, ittihamlar irəli sürmələridir. S.Cəlaloğlu Ə.Kərimlini “Azərbaycan siyasətinin primadonnası” adlandırması partiyalar arasındakı virtual savaşın dərinləşməsinə səbəb olub. ADP sədri bildirib ki, nə qədər Ə.Kərimli AXCP sədridir, partiyadan istefalar dalğası getdikcə genişlənəcək…

  

Sərdar Cəlaloğlu AXCP və Müsavata “donos”çiklər dedi…

Sərdar Calaloğlu

(www.saflig.com)

ADP sədri Sərdar Tacidar  AXCP və Müsavatı xarici təşkilatlara “donos” yazmaqda ittiham edib və onlara nəlayiq sözlər deyib.O, bildirib ki, bu partiyalar onlarla bağlı da xarici təşkilatlarda mənfi rəy formalaşdırır: “Son parlament seçkilərində bizim qərargahımızda ATƏT-in seçkiləri müşahidə missiyası ilə görüşdük. Bizdən əvvəl missiya AXCP və Müsavat rəhbərliyi ilə görüşmüşdü. Onlar bizimlə görüş zamanı dərhal qeyd etdilər ki, bizdən əvvəl müzakirə apardıqları şəxslər deyiblər ki, siz hökumətin partiyasısınız. Mən də cavab verdim ki, əgər biz də desək ki, onlar hakimiyyətin partiyasıdır, onda sizdə təəssürat yaranacaq ki, Azərbaycanda müxalifət yoxdur. Bu səbəbdən də, onlar nə deyibsə, elə də qəbul edin. Bir sözlə, müşahidə missiyası bizə açıq dedi ki, bizdən əvvəl görüşdükləri müxalifətçi həmkarlarımız bizim hakimiyyətə işlədiyimizi deyiblər. Belə şeyləri qərblilər gizlətmirlər. AXCP və Müsavat bu cür kampaniya aparır”…

  

Mustafa Hacıbəyli Sərdar Cəlaloğlunu böhtançı adlandırdı…

Mustafa Hacıbəyli

(www.saflig.com)

ADP sədri Sərdar Tacidarın  ittihamlarına cavab verən Müsavat Partiyası başqanının müşaviri Mustik  Hacıbəyli deyir ki, ölkədə insan haqları, demokratiya ilə bağlı məlumat vermək “danos” yazmaqdırsa, Sərdar Cəlaloğlunun özü də dəfələrlə şikayətlər edib, məlumatlar ötürüb. Deməli o, “danos” yazır”…Tacidarı  böhtan atmaqda ittiham edən M.Hacıbəyli Partiya olaraq heç kim haqqında, eləcə də Sərdarın özü  haqda heç bir məlumat vermədiklərini iddia edir:  “ Buna görə ittiham irəli sürmək böhtan atmaqdır”.Mustik  Sərdarı Müsavatın bostanına daş atmaqda da ittiham edib: “Sərdar Cəlaloğlu fəaliyyətsizliyini örtmək üçün vaxtaşırı bostanımıza daş atmaqla məşğuldur”…

  

Cəmiyyət müxalifəti qəbul etmir…

Sərdar Calaloğlu

(www.saflig.com)

Sərdar Tacidar qeyd edib ki, partiya rəhbərləri hər zaman şəxsi maraqlar çərçivəsində çıxış edirlər: “Bütün siyasi proseslərə sanki şəxsi maraqlar konteksindən yanaşırlar. Buda müxalifət  partiyalarının keyfiyyətcə deformasiya uğramasından xəbər verir. Partiyalar “Qarabağ” bloku ilə əməkdaşlıqda maraqlı görünmürlər. Məsələn, Müsavat Partiyası “Ümid” Partiyasına görə, həmin blokun hazırladığı təkliflərin müzakirəsinə qoşulmaq istəmir. Mənim müraciətimə “yox” cavabı veriblər,müxalifət cox zəifdir. Etiraf olunmalıdır ki, cəmiyyət onları qəbul etmir….

  

Eldəniz Quliyev Sərdar Calaloğlunu təhqir etdi…

Sərdar Calaloğlu

Zaman-zaman bir-birini ittiham edən tərədlər artıq söyüşə, təhqirə keçiblər.EL-ADP münasibətlərində gərginlik liderlər səviyyəsində hələ də öz gərginliyini saxlamaqdadır.“Onun fikirlərinə münasibət bildirmək fikrim yoxdur. O, Azərbaycanın simvollarını – Səməd Vurğunu, Məhəmməd Əmin Rəsulzadəni aşağılayırsa, bizi gərək öldürə. Sərdar Cəlaloğlu özü qeyri-ciddi adamdır”. Bunu “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Sərdar Cəlaloğlunun hərəkat haqqında dediklərinə münasibət bildirərkən deyib.O qeyd edib ki, Sərdar Cəlaloğlu partiyasında iş görsün, sonra “El”i ittiham etsin: “Bir iş görmürsənsə, o zaman “El” Hərəkatı ilə nə işin var?! O, Leninin təbirincə desək, “bir addım irəli, iki addım geri” siyasətini üstün tutub. Yəqin, Sərdar Cəlaloğlu nə demək istədiyimi başa düşər”.E.Quliyev Eldar Namazov barəsində deyilənlərə münasibət bildirib: “Yaxşı siyasətçi olmaq üçün nümumə göstərsinlər. Düz deyirlər, Eldar Namazov yaxşı siyasətçi deyil, ən yaxşı siyasətçidir. Ona görə də paxıllığını çəkirlər”…

(www.saflig.com)