Arif Hacılının “cırtdan”ləqəbi…

Arif Hacılı

(www.saflig.com)

R.Quliyev həmişəki kimi, ağzından nə çıxıbsa, hamısın müxalifət düşərgəsinə, xüsusilə də Müsavat başqanı Arif Hacılıya ünvanlayıb: “Sadəcə olaraq, heç bir perspektivi olmayan, zorla siyasətdə ilişib qalmaq istəyən 20 illik liderlərlə hər hansı iş birliyi qurmaq fikrim yoxdur. Bu adamlar bir ara “İctimai Palata”nın adından danışırdılarsa, sonra da artıq ölü qurum olan “Milli Şura”nın  adından çıxışlar edirlər. Xüsusilə də, Müsavatın layiq olmayan yeni başqanı A.Hacılını “cırtdan” saydığını bildirib: “A.Hacılı məni mafioz adlandırarkən, bir özünə baxır ki, onun özü kimdir? İndii “cırtdanlar” özlərini “div” sayırlar. Ümumiyyətlə, kiminsə hər hansı fikrinə münasibət bildirmək üçün, ilk növbədə onun kim olduğu və indiyə qədər hansı həyat yolu keçdiyini bilməliyəm. 50 yaşa çatan və bir gün belə faydalı heç bir işlə məşğul olmayan bir şəxsin fikrinə münasibət bildirməyi isə düzgün hesab etmirəm”….

  

Bütün müxaliflər sıfıra bərabərdir…

Rəsul Quliyev

(www.saflig.com)

Rəsul Quliyev deyib ki, “Azərbaycanda bu dəqiqə gedən proseslər və bugünkü ictimai-siyasi vəziyyət göstərir ki, Eldar Namazovun yaradacağı qüvvə Müsavat Partiyası və AXCP-nin qüvvəsindən az olmaz. Burada qüvvədən də söhbət getmir. Bu dəqiqə müxalifətdəki istənilən partiyanın qüvvəsi yoxdur, ona görə də onların hamısı bir-birinə bərabərdir, kiminsə partiyasında özüdür, kiminsə partiyasında özündən başqa 3 nəfər var: “Onsuz da bunların heç bir qüvvə deyil. Ona görə də Müsavat Partiyası, AXCP, digər partiyalar hansı qüvvəyə malikdirsə, Eldar Namazov da o qüvvəyə malik olacaq”…

  

Sülhəddin Əkbərin mayası batıb…

Sülhəddin Əkbər

(www.saflig.com)

“Aybolit” Sülhəddin möhkəm kasıblayıb. Maşın getdi,ofis getdi,ən başlıcası Rəsul Bayramiç getdi. İndi qalıb ac-yalavac. Görüşüb hal-əhval tutanda da kövrəlib və ilk əvvəl partiyanın qərargah problemindən danışıb,açıqlamasında hazırda qəragahsız olduqlarını deyərək, buna səbəb kimi maddi dəstəyin olmadığını göstərib.Ofisi əlindən alınaraq AXCP-yə verilən “Aybolit”Sulik  pulsuzluqdan əziyyət çəkdiklərini deyib: “Partiya üçün qərargah axtarmıram, çünki bunun üçün ilk növbədə stabil maliyyə qaynağı olmalıdır. Qərargahın pulunu ödəmək lazımdır axı”.Qeyd edək ki, bu ilin avqustunda ACP-nin Nərimanov rayonunda yerləşən ofisi obyekt sahibi tərəfindən əllərindən alınaraq AXCP-yə verilib.Bə niyə bə doxturli=uq etmirsən,Sulik,gül kimi sənətin var soruşanda da kövrəlib və deyib ki, kimdi mənə xəstə gətirən,hansına müalicə yazmışamsa,dünyasını dəyişib. Necə deyərlər,vay səin halına,Sulik…

  

Hafiz Hacıyevdən Rəsul Quliyevə “moşennik” damğası…

Hafiz Hacıyev

(www.saflig.com)

“Balıq”Hafka  Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Funtik Əliyevin eks-spiker Rəsul Bayramıçın 30 min dollar pulunu mənimsəməsi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib. MMP sədri Funtiki “maşennik” adlandırıb.O, əvvəlcədən də “maşennik” olub, bu cür yolla dolanıb. İndi də bu əməllərini davam etdirir. Ancaq digər tərəfdən də həmin pullar Funtikə  halaldır. Çünki oğrudan oğruya halal sayılır. Rəsul özü də oğrudur”, – Hafka  deyib.R.Quliyev və F.Əliyevi “yazıq məxluq” adlandıran partiya sədri onların Azərbaycanda yaşamağa mənəvi haqlarının olmadığını bildirib…

  

Sülhəddin də belə getdi…

Sülhəddin Əkbər

(www.saflig.com)

Rəsul Quliyevlə Sülhəddin Əkbərin sözləri və mövqeləri bir-birinə çəp gəldiyi üçün yolları ayrılıb.
Daha doğrusu, “Aybolit” Sulik öz üsərinə çox başı girmədiyi yerə dal soxmaq kimi missiyalar götürdüyündən və Milli şurada bir qələt edə bilmədiyindən  Rəsul Bayramıçın qəzəbinə tuş gəlib və o da deyib ki, Sulik bassın bayıra.  Bir sözlə Bayramıç və Sulik üzülüşüb.Sulik elə bir gədadır ki,artıq öz partiyasını yaradıb,özü ağılda bir-iki “Maygülü”nü də başına yığıb meymunluq edir.Yeməklə doymayan yalamaqla doymur, əsas məsələ isə yenə  pulun başındadır, Rəsul göndərsin, bunlar da sağa-sola səpələsinlər ki, nədi-nədi biz də varıq. Yaşayarıq,görərik,yazdıq ki,agah olasınız…

  

Sorğu-sual…

Rəsul Quliyev

(www.saflig.com)

AXC – Musavat  dönümündə Milli Məclisdə Rəsul Quliyev cəbhəçi millət vəkilinə əsəbləşib soruşur:
-Ay bədbax, Ay uzaqdı, yoxsa Amerika?
Bəy:
-Amerika
Rəsul yerində qurdalanır:
-Niyə?
Bəy:
-Çünki Ay görünür, Amerika yox.

  

Rəsul Quliyevin yetirmələri…

Rəsul  Quliyev

(www.saflig.com)

Rəsul Bayramıçın xımını qoyub,ortaya tulladığı Gələcək Azərbaycan Partiyasının Gənclər Komitəsi də var. Arabir toplantı da keçirirlər.Toplantıda guya  qarşıda duran vəzifələr, gənclərlə bağlı aparılan fəaliyyətin strateji tərəfləri müzakirə edilir. Müşavirələr əsasən  KXCP-nin qərargahında keçirilib. Xatırladaq Gələcək Azərbaycan Partiyası Rəsul Bayramiçin pulu ilə və ona yaxın şəxslər tərəfindən yaranıb və eks-spikerin bu prosesdə qeyri rəsmi iştirak etdiyi bildirilir. Partiyanın sədri uzun illər Rəsul Bayramıçın səlahiyyətli nümayəndəsi kimi tanınan Ağasif Şakiroğludur.

  

İsa Qəmbərlə Əli Kərimli siyasətdən qovulmalıdırlar…

Rəsul Quliyev

(www.saflig.com)

Rəsul Bayramıç  həmişəki kimi yenə də yazılarında “Bu il Azərbaycanda müxalifət yox, müxalifət imitasiyasının mövcud olduğuna demək olar ki, hamı əmin oldu”.  Bayramıç  hesab edir ki, yaranmış anormal vəziyyətin iki səbəbi var: “Birincisi hökumət neft pullarının 4 milyardını- bu yolverilməz haldır- dövlət büdcəsindən maaş kimi paylayır. Və inflyasiyanın süni yolla qarşısını almaq üçün ildə 7-8 milyard dollar xərcləməsi camaatın maddi vəziyyətini qismən stabil saxlaya bilir. İkincisi, ölkədə xalqın inanıb bel bağlayacağı müxalif qüvvələrin olmamasıdır”. Onun fikrincə, optimal variant hökumətin 2015-ci ildən başlayatraq demokratik seçkilərlə parlamenti formalaşdırmasıdır. “Buna paralel olaraq da Müsavat və AXCP-nın liderləri postlarından əl çəkib demokratik seçkilər keçirməklə, yaxşı olardı camaatın tanımadığı intellektualların liderliyə gəlməsinə imkan versinlər və xalqın qismən inamını bərpa edərdilər”-deyə sabiq spiker AXCP və Müsavat liderlərini getməyə çağırıb…

 

  

Rəsul Quliyev qardaşlara atdı…

Sərdar Calaloğlu

(www.saflig.com)

Sərdar Calaloğlu: “Vaxtilə “Hürriyyət” qəzeti ölkənin bir nömrəli qəzeti idi. 35 min tirajla çıxırdı. Bu da kifayət qədər gəlir gətirirdi. Onda Rəsul Quliyev məndən kitabının qəzetdə çap olunmasını istədi. Mən ona kitabını çap edəcəyimiz təqdirdə oxucularımızı itirə biləcəyimizi dedim. Onda qəzetin satışından ayda 10 min dolar gəlir gəlirdi. Amma Rəsul Quliyev dedi ki, əgər elə olsa qəzetin bütün vəsaitini, itirdiklərini özü ödəyəcək. Kitabı çap etdik. 2 aydan sonra qəzetin tirajı 4-5 minə düşdü. Rəsul Quliyevə zəng edib dedim ki, vəziyyət belədir, kömək lazımdır. O isə pulunun olmadığını dedi. Onda “Hürriyyət”in sahibi Qurban Məmmədov idi. Qurbanla mənim aramda yaranmış ziddiyyətin bir səbəbi bu idi. Qurbanla Rəsulun düşmənçiliyi də bu məsələdən sonra yarandı. 100 min dollarla ziyana düşdük. Rəsul Qurbanı da, məni də aldatdı”, – deyə S. Cəlaloğlu bildirib…

  
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 »