AXCP və Müsavat liderləri müxalifətin baş problemləridirlər…

İsa Qəmbər

(www.saflig.com)

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Tacidar deyir ki, Azərbaycan müxalifət siyasi qüvvələrinin problemidir ki, birincisi, ictimai hadisələr şəxsiləşdirilir, ikincisi, siyasi münasibətlərdə ifrata varılır.Bir-birindən fərqli siyasət aparan müxalif qüvvələr bir-birini xəyanətdə ittiham edir. Bu, Azərbaycan müxalifətinin ən ciddi qüsurlarından biridir və Azərbaycan müxalifətində siyasi həyatın ciddi ənənələrinin olmaması ilə bağlıdır. Müxalifətdə AXCP və Müsavat Partiyasının liderləri arasında Azərbaycan xalq hərəkatından başlayan intriqa bu gün də Azərbaycan müxalifətinin zəifləməsinə səbəb olur. Yəni  “Yabı”İsik  və “Qubka” Əli  arasında intriqa, bu iki şəxsin bir-birini gözü götürməməsi, bir-birini qəbul etməməsi bugünkü vəziyyətə gətirib çıxarıb. Azərbaycan müxalifəti 20 ildir, bir addım da irəli gedə bilmir…

  

“Milli Şura”da “Şuriklər”in razılığı…

Pənah Hüseyn

(www.saflig.com)

Radikal müxalifət liderləri son parlament seçkilərində də seçicilərdən özlərinə etimad görmədilər. Biabırçı şəkildə seçkiləri uduzan bu adamlar ənənəvi taktikaya üstünlük verərək, yenə də ölkədəki seçkilərə qara yaxmağa başladılar. İctimai Palata 2013-cü ilin prezident seçkisi ərəfəsində fəaliyyətini faktiki olaraq dayandırdı. Həmin ilin axırlarında isə AXCP daha İP-da olmadığını bəyan etdi. Ən nəhayət, Müsavat başqanı “Yabı” İsikin  sədrliyi ilə keçirilən iclasda qurum öz fəaliyyətinə xitam vermək məcburiyyətində qaldı. Elə həmin vaxt AXP sədri “Qarpız”Pənah  yeni “Düşüncə Mərkəzi” təsis ediləcəyini bildirdi.. Amma ötən müddət ərzində verilən vədlər yenə də özünü doğrultmadı müxalifət funksionerləri bir araya gəlməyi, normal düşüncə tərzi ortaya qoymağı, “Düşüncə Mərkəzi”ni təsis etməyi, ətraflarına insan toplamağı bacarmadılar…

  

Rüstəm görən hardadı… (bayatılar)

Rüstəm İbrahimbəyov

(www.saflig.com)

Əzizyəm,nağıldı,
Rəvayətdi, nağıldı,
Rüstəm çıxır aradan,
Milli Şura dağıldı!

Əzizim, Cəmil hanı?
Dodaq hanı,dil hanı?
ABŞ-da pul dilənir,
Yox tanrısı,imanı.

Əzizim baş qarışdı,
Eldar,Rəsul yarışdı,
Pul-para əldən gedib,
Milli Şura qarğışdı.

Əli,İsa dallanır,
Arif, Pənah yallanır,
Eldəniz kol dibində
Gecə -gündüz hallanır…

  

İsa Qəmbər – Qubad İbadoğlu yoxsa Arif Hacılı…

İsa Qəmbər

(www.saflig.com)

Qurultayın keçirilməsi vaxtının uzadılacağı gözlənilir. Müsavat Partiyasında başqanlıq yarışı isə  qeyri-rəsmi olaraq başlayıb.Hazırda “Fazan” Arif  öndədir. Belə ki, onun  bölgələrə səfəri başlayıb. Ötən bazar günü onun Cəlilabad rayonuna səfəri oldu. Məlumata görə, bu səfər partiya işi olmaqla yanaşı, həm də başqanlıq təbliğatıdır.Bu arada ötən həftə “Faza”nın sosial şəbəkələrdə “Müsavat mənim həyatımın layihəsidir!  Həyatımın ən kamil və enerjili hissəsini bu partiyaya həsr etmişəm” statusu da diqqət çəkən idi. Statusa yazılan rəylər də onun nəyə işarə etdiyini aydınlaşdırırdı.Lakin yolu maneəsiz deyil. Hazırda əsas maneə Turik  Abbaslı və onun ətrafındakı gənclərdir. “Fazan” Gənclər Təşkilatında sədr dəyişikliyinə nail olaraq bunu aradan qaldırmaq istəsə də, qarşı tərəf sona qədər dirənənə bənzəyir.Ən ciddi rəqib isə Qubad İbadoğlu olduğu deyilir. ”Fazanın” çəkindiyi namizəd də məhz odur.Mənbə bildirir ki, son sözü deyəcək “Yabı” İsik  isə  Qubad İbadoğlu ilə “Fazan”ın arasında qaldığı üçün hələ qərarlını verə bilməyib…

  

Rəsul Quliyev müxalifətlə yenə məzələndi…

Rəsul Quliyev

(www.saflig.com)

Özlərini müxalifət adlandıranların  nə istədiyini başa düşmək çox çətindir. Xüsusilə özlərini lider adlandıranların. Müxalifətdə olanlar özlərinin fədakarlığını sözün əsl mənasında aşıqlar kimi tərənnüm edirlər. Bu kəlamlar Rəsul Bayramıça aiddir.Milli Şuranın ötən gün keçirdiyi mitinqə münasibət bildirən Bayramıç  müxalifətin uğrusuz olduğunu etiraf edib: “Azərbaycanda qiymətlər qaldırıldı. Milli Şura heç bir analiz aparmadan mitinq keçirmək qərarına gəldi. Çox güman onun istədiyi yerdə icazə verilməyəcəyinə ümid edirdi. Hökümət icazə verdi və 500 -600 nəfərlə başlanan mitinq 30 dəqiqədən sonra 300 adama kimi azalmışdı, ona görə tələm-tələsik yekunlaşdırdılar.İndi belə bir uğursuzluqdan sonra bu insanlar “nə üçün belə alındı” sualını özlərinə verəcəklərmi? Xeyr. Onlar təqribən “belə bir havada bu qədər adam gəlmişdisə, deməli, hamı hökumətdən narazıdır” deyəcəklər. Bu liderlərə “insanlar sizə inanmadıqlarına görə mitinqə gəlmirləri” necə başa salmaq olar, bilmirəm. Mitinqi təşkil edən partiyaların hər biri onların Bakıda azı 10 min üzvü olduğunu iddia edir. Yəni üst-üstə 30 min. Soruşmaq lazımdır: hanı o üzvlər, onların heç olmazsa 10 faizi gəlsəydi 3 min olardı da bə…

  

İki problem : Musavat və AXCP…

Əli Kərimli

(www.saflig.com)

Son illərin təcrübəsi göstərir ki, Azərbaycan müxalifətinin iki problemi var. Biri Müsavatdır, biri də Xalq Cəbhəsi. Xalq Cəbhəsi, o boyda hərəkat neçə yerə parçalandı, halbuki onu qorumaq olardı. Ümumiyyətlə, bu partiyalaşma  biz bir müddət yubansa da alınan deyil . Xalq Cəbhəsi təbii şəkildə o vaxt sovetlərə qarşı qalxan kütlənin etiraz dalğasında yetişmiş hərəkat idi. Bütün millət də bu hərəkatın üzvü idi. Müsavat da yenə o tarixi xatirənin üzərində qurulmuş partiyadır. Onların heç biri bu gün onlara başçılıq edən şəxslərin zəhməti ilə yaranmış partiya deyil. Onlar xatirə ilə yaranmış qurumlardır. Buna görə də onların bir yerdə olmamaları və həmişə aralarındakı konfliktlər bütövlükdə xalqın iradəsinə və bizim tarixi xatirəmizə vurulan zərbədir. Onların bu problemi olmasa, müxalifətin mənzərəsi ayrı cür olardı”.

  

Əli Kərimli və İsa Qəmbərin qarşılıqlı nifrətləri…

Əli Kərimli

(www.saflig.com)

Əlişka Kərimlinin əlində oyuncaq bir quruma çevrilən “Milli Şura”nın iclasına 88 nəfər üzvündən 38 nəfər qatılır. İclasında üzvlərinin 60 faizi iştirak etməyən qurumun vəziyyətini acınacaqlı adlandırmaq olar. Bunun əvəzini Əli Kərimli İsa Qəmbərdən almalıdır, ya, yox? Əli Kərimli bu “qisası” İsa Qəmbərdə qoymayacaq.Radikal müxalifət partiyalarının son prezident seçkilərindən sonra münasibətləri daha da kəskinləşib və məlumdur ki,  radikal müxalifət düşərgəsində qisasçılıq hisləri baş qaldırıb. “Yabı”  İsiklə “Qubka” Əlişka  heç vaxt səmimi şəkildə birlik qurmayıblar. İndi də bu siyasəti davam etdirirlər. Fürsət düşdükcə vəziyyətdən istifadə edib bir-birini zəiflətmək üçün aşağılayır və gözdən salırlar. Özlərinə yaxın mətbuat orqanlarında və sosial şəbəklərdə, xüsusən də özlərinə məxsus facebook qruplarında təkcə hakmiyyətə işləməkdə deyil, xarici dövlətlərə və xarici kəşfiyyat orqanlarına da işləməkdə ittiham edirlər. Bunun əsas səbəbi nifrətdir.. Fikrimcə əsas səbəb budur…

  

Yalan danışanları basdırdıq…

İsa Qəmbər

 (www.saflig.com)

AXC – Musavat dönümündə otuza yaxın deputat qatarla Gəncəyə gedirlərmiş. Gəflətən  Yevlax ərazisində dəmir yolunda qəza baş verir,qatar millət vəkilləri ilə birlikdə relsdən çıxır və körpüdən düşür . Bir müddətdən sonra hadisə yerinə gələn tibb işçiləri, yanğınsöndürənlər və başqaları görürlər ki, yerli sakinlər ölənlərin hamısını dəfn ediblər.
-    Yəni hamısı həlak olmuşdu- deyə İsa Qəmbər soruşur.
Yerli ağsaqqlalrdan biri cavab verir:
-    Bəli,İsa bəy! Düzdür,  üçü-dördü bizi inandırmağa çalışırdılar ki, sağdırlar, onları da basdırdıq, siz ki yaxşı bilirsiniz ki, onlar həmişə yalan danışırlar…

  

Müxalifət qaranlıq dəliləridirlər …

Əli Kərimli, Pənah Hüseyn

(www.saflig.com)

Milli Məclisdə işıqlar söndü. Rayonlardakı kimi birdəfəlik yox, elə-belə, müvəqqəti. Təbii ki, mikrofonlar da işləmədi. Eldar İbrahimov Murtuz Ələsgərova təklif verdi:
-  Murtuz müəllim, iclası saxlamıyacıyıq ki. Gəlin işə başlayaq. Hələlik müxalifətə söz verin danışsınnar, sonrasına baxarıq da.
Təklif M.Ələsgərovun sinəsinə yatdı:
-  Düzgün fikirdir.İclasa başlamağımız məsləhətdir. İndi mən müxalifət deputatlarına söz verəcəyəm, ürəklərini boşaltsınlar. Amma mən genə də deyirəm, gündəlikdən kənara çıxsanız, mikrofonunuzu  söndürdəcəyəm!

  

Rüstəmdən yoxdur xəbər…

Rüstəm İbrahimbəyov

(www.saflig.com)

Toyuğun ye dərisin,
Bir də büzdüm gerisin.
Görən yoxdu Rüstəmin
Nə ölüsün,nə dirirsin.

Rəsul düşübdür qaçaq,
Virtual şefdir ancaq.
Fürsət düşsə əlinə ,
Danışar alçaq-alçaq.

İsa cırıb aradan,
Səsi gəlir kənardan,
Özünə umac ovmur,
Əriştə kəsir orda .

Cimi qalıb ortada,
Əli də orda burda.
Uşaq-muşaq mitinqdə
Pul-para da Eldarda!

  
« 1 ... 30 31 32 33 34 35 36 37 38 39 40 ... 60 »