Milli Şuranın İŞİD –lə müqayisəsi…

Cəmil Həsənli

“İŞİD də özünü Suriyada hakimiyyətə qarşı əsas müxalifət elan etmişdi. Ukraynada mərkəzi hakimiyyətə tabesizlik nümayiş etdirib silahlı mübarizə aparanlar da özlərini müxalifət hesab edir. İndi gəlin görək, İŞİD-in müxalifliyi Suriya dövlətinə və xalqına xeyir gətirdi?! Milli Şuranın və AXCP-nin müxalifət olmağı indiyə qədər bu xalqa nə verib?! Bir müsbət nə isə verib?! Sən müxalifət ola bilərsən, ancaq sənin müxalifətçiliyin indiyə qədər bu ölkədə heç bir cüzi də olsa dəyişikliyə nail ola bilməyibsə, belə müxalifətçilik heç kimə lazım olmayan zərərli müxalifətçilikdir. 20 ildir sən Azərbaycan müxalifətinin önündə getdiyini bəyan edirsən, 20 ildir Azərbaycan müxalifəti uduza-uduza gedir. Sənin müxalifətçiliyin budursa, kimə lazımdır belə müxalifətçilik!? Bu xalq səni 20 ildir görür, alovlu taftalogiyadan ibarət nitq söyləmək xalqa xidmət etmək deyil”…

  

Əli Kərimli ilə İsa Qəmbər niyə küsülüdürlər?

İsa Qəmbər

AXCP “Cəbhəxanaçıları” və  Müsavat “Maygülülər”i  o vaxt Fransa prezidenti ilə görüşə birgə qatılması “küsülüləri kim barışdıra bilər? sualını gündəmə gətirdi. Həmin görüşdən sonra onların barışacağı ehtimal olunsa da, Olland gedəndən sonra münasibətlər yenə əvvəlki kimdir.Maraqlıdır, Ollandın barışdıra bilmədiyi küsülüləri kim barışdıra bilər?Müsavat başqanının keçmiş müavini, politoloq Qabil Hüseynli açıqlamasında bildirib ki, Qərb bu iki partiyanın barışmasını istəyirdi, amma… “Qərb işini- gücünü atıb, bununla məşğul olmaz. Məncə, partiyaların barışması təbii surətdə baş verməlidir. İndiki küsülülüyün səbəbkarı ciddi ambisiyaları olan liderlərdir. Liderlər dəyişsə və praqmatik düşüncəli, siyasəti sözün həqiqi mənasında ambisiya meydanına çevirməyən insanlar gəlsə, iki partiya barışa bilər”,– deyə politoloq qeyd edib.Lakin o hesab edir ki, hansısa üçüncü şəxs iki küsülünü barışdırmaq gücündə deyil. Partiyanın sıravi üzvlərinin münasibətləri yenə əvvəlki kimidir. Düşmənçilik partiyalar arasında deyil, barmaqla sayılacaq insanlar arasındadır ki, onlar da siyasi münasibətləri formalaşdırır”…

  

Müsavat üçün bəy tərifi…

İsa Qəmbər

Həzarat! Məlumunuz olsun ki, Azərbaycan cəmiyyəti 2003-cu il prezident seçkilərinin məğlubiyyətinin səbəblərini ,Musavat “Maygülüləri”nin Milli Şuradan cixma səbəblərini və nəhayət el arasında nufuzu sıfıra yaxın olan “Fazan”Arifin ( sıfır ona ğörə demirəm ki,İ.Qəmbərin seçdiyini seçənlər bu rəqəmin sıfır olmasına imkan vermirlər) Musavat partiyasinin başına gətirilməsi səbəblərini araşdirmağa çox çalışacaq.Ərməğan edilir ki,əsas verən məsələlərdən biri də Hacılının sonuncu dəfə həbsdən necə çıxmasıdır.Cənab Hacılı deyir ki onu həbsxanadan bir yuksək rutbəli məmurun yanına apardılar.Onunla söhbətdən sonra isə maşınla gətirib evə duşurdulər. Həmin axşam isə əfv sərəncamı oldu.Duşunmək olar, elə deyilmi? Butun bunlardan xəbəri olan İ.Qəmbər isə Qubad bəyin tərafdarlarını hakimiyyətlə əlaqədə suçllayır. Son muşavirənin ən ağrılı məqamı sabiq başqanin 74 yaşlı qadının ustunə qışqırması oldu. Hansı ki qurultayda baş verən pozuntulardan danışmaq istəyirdi.Lakin I.Qəmbərin muşavirədə dediyi bir fikri ilə razıyam ki, 25 il harada idisə indi də oradadır. Hansı statusda əyləsdiyini bilməsəm də son muşavirədə onun sədarətdə əyləsməyi bunun subutudur…

  

Əli Kərimli-İsa Qəmbər – yaramaz xislətlilərin nümunəsi…

Əli Kərimli

“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi, uzun müddətdir ki, qış yuxusunda olan müxalifət “liderləri”nin canına  yaman vicvicə salıb. Hətta bir-birilərinə düşmən kəsilənlər bir “araya” gəldiklərini və guya ki, bu məsələdə “həmfikir” olmağa çalışdıqları görüntüsünü yaratmağa başlayıblar. Səbəb də bəllidir – Azərbaycan uğurlu inkişaf yolundadır. Bunu isə dağıdıcı müxalifət 23 ildir görmür. Çünki özləri bu 23 ildə itirə-itirə, parçalanıb dağılaraq yoxa çıxıblar. Görəsən, dağılan müxalifətin belə bir vəziyyətdə hər hansı bir layihəyə qarşı çıxmasının özü “badbaxtlıq” deyilmi?

  

Müsavatın boşa cıxan hay-küyü…

İsa Qəmbər

(www.saflig.com)

Axır ki, xoruzun quyruğu göründü. Arif Hacılının canfəşanlığı özünü biruzə verdi. Guya ki, bunlardan başqa xalqı düşünən yoxdur. A kişilıər deyəndə ki,bu “Maygülülər” məzədirlər,inanmırsınız.10-15 nəfərin başını aldadıb küçələrə tökmıknən deyil ki? Neçə ildir ki, deyirdilər ki, bizə 800-1000 nəfərlik yer verilsə, bundan sonra qurultay keçirə bilərik. Axırı da bu,sonda qurultayı heç bir qonaq çağırmadan 600 nəfər qurultay nümayəndəsi ilə keçirməyi planlaşdırmışdılar. Amma cəmi-cümü 450 nəfərlə keçirə bildirlər. Əgər belə idisə, bəs hanı yerdə qalan “Maygülülər”? Həmin günün qurultay nümayəndələrinin birinin rəhmətə getdiyini elan etdiniz, Allah ruhunu şad etsin. Bəs qurultaya gəlməyənlərin harda olmasını niyə elan etmədiniz? Əgər belə olacaqdısa, bəs neçə ildir ki, 800-1000 nəfərlik yer deyə-deyə camaatın baş-beynini niyə aparırdınız?..

  

AXCP-Musavat monopoliyasının sonu…

İsa Qəmbər

(www.saflig.com)

Uğursuzluqlarını pərdələmək üçün bir sıra müxalif siyasi partiyalar bu prosesə qoşulmaqdan imtina etmək üçün əllərinə düşən girəvəni buraxmadı. Guya seçkilərin anti-demokratik keçiriləcəyini iddia edən AXCP, ya da onun yedəyi qismində çıxış edən “Milli Şura” və s. kimi qurumlar yaxalarını kənara çəkdilər. Daha dəqiq desək, 20 ildən artıqdır ki, müxalifətdə sanki monopoliya yaratmış AXCP və Müsavat partiyaları bununla öz gücsüzlüklərini, ictimai rəyə lazım olmadıqlarını aşkar şəkildə etiraf etmiş oldular. Məsələn, bir-birinin ardınca baş verən səsli-küylü istefalar da belə deməyə əsas verir ki, artıq bu adda partiyaların heç bir siyasi təsir imkanları qalmayıb…

  

İctimai Palata ilə Milli Şuranın fərqi…

İsa Qəmbər,Əli Kərimli

(www.saflig.com)

Guya İctimai Palata ilə Milli Şuranın fərqi nə idi? Əgər iş görmək istəyən bunu İctimai Palata adı altında görə bilməzdimi? Gərək onun adı dəyişib Milli Şura qoyulaydı? Misal üçün,  kostyum dəyişəndə o zaman adam  dəyişər ki? Forma dəyişməklə işi və mahiyyəti dəyişmək mümkün deyil. Əsas odur ki, mahiyyət dəyişsin. İnsan gərək düşünməsin ki, mən varamsa, məndən başqası mənim qarşıma keçə bilməz. Bu natural axmaqlıqdır, psixi pozğunluqdur. O cür adamlar dərhal həkimə getməli, özlərini müalicə etdirməlidir. Axı neçə prezident seçkisində uduzmaq lazımdır ki, sən siyasi meydandan gedəsən? Hələ baxarsınız, bir azdan “Yabı” İsik  öz yerinə oğluna gətirəcək. Ay “Yabı”  İsik , heç olmasa başqasını tənqid edəndə bir az da özünə bax da!”.

  

“Daha ağıllı” Müsavat oldu..

Arif Hacılı

(www.saflig.com)

Bu günlərdə Müsavat partiyasının divanı toplandı və partiya seçkilərdə iştirakdan imtina etdi. Niyə seçkiyə bir neçə gün qalmış bu addım atıldı? Deyim sizə. Bu partiya digər bu addımı atanlardan daha “ağıllı siyasət” yürütdü. Yəni seçki təbliğat-təşviqat dövründə sonacan iştirak etmək üçün əlimizdən gələni etdik, amma rastlaşdığımız “qanun pozuntuları” bizi seçkini boykota məcbur etdi. Belə olan halda Müsavat xarici aləmdə özü üçün bu cür görüntü yaradacaqdı: “Ən güclü müxalifət partiyası bizik. Çalışdıq sonacan mübarizə aparaq, amma hakimiyyət qorxdu və iştirakımıza imkan vermədi”. Çox gözəl siyasi gedişdir. Bununla Azərbaycan hakimiyyətinə qarşı təzyiq üçün “əsas” yaratdığını düşünür. Necə məkrli olmaları burdan görünür…

  

İntellektlə Arif Hacılı bir-birinə tərs mütənasibdir…

Arif Hacılı

(www.saflig.com)

İsa Qəmbərin, Arif Hacılının ümumiyyətlə Müsavat partiyasının 2015-ci il noyabrın 1-də Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərdən imtina etməsi onların seçkiqabağı keçirdikləri mitinqin iflasa uğraması ilə bağlıdır. Müsavatın keçirdiyi mitinqdə heç partiya rəhbərliyinin özləri iştirak etmirdi.Eləcə də bu şəxslər cəmiyyətdə onlara qarşı olan münasibətin bir daha şahidi oldular, əgər orada 5-10 min adam yığışsa idi, o zaman A.Hacılının bağırtısı bütün dünyanı götürmüşdü. Cəmiyyət sadəcə olaraq onların real gücünü gördü. Onların baykot çağırışı da ajiotajdan başqa bir şey deyil. Məgər onlar namizədliklərini verən zaman bilmirdilər ki, seçki durumu, mühiti nə yerdədir. Təbii ki, çox gözəl bilirdilər. Bu şəxslər ümid edirdi ki, hansısa sövdələşmə baş tuta bilər. Əgər Arif Hacılı başda olmaqla hakimiyyət dairələrindən onlara hansısa sövdələşmə olsa idi, bütün Müsavat partiyası onun ziddinə dursaydı belə, o, özünün namizədliyini verəcəkdi”.S.Əlisoy əlavə edib ki, iqtidarın bütün hərəkətləri çox doğru və düzgündür. Axı nədən Müsavatla sövdələşməyə getməlidi? Müsavatın heç bir gücü yoxdur. Əgər Müsavat mitinqə 200 adam toplayırsa, bu, hansı diqtəni edə bilər? Müsavat sadəcə bir dərnəkdir. Onlar heç bir zaman ortaya intellektual söhbət qoymayacaqlar. Çünki intellektlə Arif Hacılı bir-birinə tərs mütənasibdir…

  
1 2 3 4 5 6 7 8 9 10 11 12 ... 60 »