Gözəlin Timoşenko olmaqlığı…

Gözəl Bayramlı

(www.saflig.com)

Günlərin birində AXCP sədrinin müavini Gözəl Bayramlı oturub fikirləşir ki, niyə axı cəbhəçilər də camaatı Ukraynada olduğu kimi, `Maydan`-a, yəni stadiona cəlb edə bilmirlər? Və qərara gəlir ki, bunun üçün Azərbaycan müxalifətinə `narıncı kraliça` çatışmır. Götürüb zəng vurur Yuliya Timoşenkoya…

  

Ayıbdır…

Gözəl-Byaramli-10
Əli Kərimli AXCP-nin iclasında Fuaddan soruşur:
- Gözəl Bayramlı hardadır?
- Aşağıda kor bağırsaqla uzanıb.
- Qovun getsin o Koru, Gözələ deyin ayıbdır,qalxsın yuxarı…

  

Müxalifət…

Arif Hacılı

(www.saflig.com)

AXC- Musavat dönümündə Arif Hacılı gəlir rayonların birinə . Mədəniyyət şöbəsinin müdirinə irad tutur və deyir:
- Bəy! Sənin   dost –tanışın çoxdur,niyə bir partiya yaratmırsan?
Şöbə müdiri başa düşür ki,onunla məzələnmək istəyirlər,cavab verir:
- Ə, bəy! Partiya nəyimə lazımdır. Özüm partiyayam,arvad da mənə qarşı müxalifət,addımlarımı sayır.

  

Həddi buluğa çatma…

Gözəl Bayramlı

(www.saflig.com)

Gözəl Bayramlı AXC-yə üzv olan kimi gəlir valideynlərinin yanına və öz qərarını bildirir:
- Ata, ana, mən qərar verdim ki, bundan sonra tək yaşayım.
- Yaxşı, necə istəyirsən, get, kef elə.
- Əşyalarınızı həyətə qoymuşam, taksi çağırın…

  

Gözəllik gəlməz dilə …

Əli Kərimli Gözəl Bayramlı

(www.saflig.com)

Əzizyəm Qəbələ,
Gözəllik gəlməz ələ,
Yumurtadan atəşğah ,
Düzəltdilər Gözələ.

Əziziyəm yığıncaq,
Yığışmadılar ancaq,
Arvad verir qabağa
Əlidə yox qanacaq.

Əziziyəm Nüşüdü,
Qızın adı Nüşüdü,
Bakı isti olanda,
Qəbələdə üşüdü.

Əzizim ovuldular,
Çöllərə sovuldular,
Abır həya qalmadı
Kəndlərdən qovuldular.

  

AXCP-nin səyyar həyat tərzi…

Əli Kərimli

(www.saflig.com)

Qərərgah hoqqasından sonra qəzalı vəziyyətə düşən bina söküldüyü üçün partiyanın “Cəbhəxanaçı”ları qərargahsız qaldı.Açıqlama verən AXCP mətbuat xidmətinin rəhbəri , başbilən “Cəbhəxana”çılardan olan Natiq Ədilov bildirdi ki, qərargahla bağlı partiyanın yeni planı var:“Hələ ki, mərkəzi qərargahla bağlı ümidverici heç nə yoxdur. Ancaq biz səyyar fəaliyyət üçün plan müəyyən etmişik. Bu plana uyğun olaraq şəhərin müxtəlif yerlərində yığıncaq edib partiya məsələlərini müzakirə edirik”.Son olaraq harada yığıncaq etmisiniz sualına isə Natiq Ədilovun cavabı belə oldu:“İnciməyin, bu barədə danışa bilmərəm”. Adamın yadına multfilm düşür,”Bremen musiqiçiləri”, gəzə-gəzə,oynaya- oynaya özləri üçün şellənirlər. Yəqin yaxşı müqayisədir, deyilmi…

  
1 2 »