Milli Şuranın İŞİD –lə müqayisəsi…

Cəmil Həsənli

“İŞİD də özünü Suriyada hakimiyyətə qarşı əsas müxalifət elan etmişdi. Ukraynada mərkəzi hakimiyyətə tabesizlik nümayiş etdirib silahlı mübarizə aparanlar da özlərini müxalifət hesab edir. İndi gəlin görək, İŞİD-in müxalifliyi Suriya dövlətinə və xalqına xeyir gətirdi?! Milli Şuranın və AXCP-nin müxalifət olmağı indiyə qədər bu xalqa nə verib?! Bir müsbət nə isə verib?! Sən müxalifət ola bilərsən, ancaq sənin müxalifətçiliyin indiyə qədər bu ölkədə heç bir cüzi də olsa dəyişikliyə nail ola bilməyibsə, belə müxalifətçilik heç kimə lazım olmayan zərərli müxalifətçilikdir. 20 ildir sən Azərbaycan müxalifətinin önündə getdiyini bəyan edirsən, 20 ildir Azərbaycan müxalifəti uduza-uduza gedir. Sənin müxalifətçiliyin budursa, kimə lazımdır belə müxalifətçilik!? Bu xalq səni 20 ildir görür, alovlu taftalogiyadan ibarət nitq söyləmək xalqa xidmət etmək deyil”…

  

Müxalifətin mövsümi mitinqi də fiaskoya uğrayacaq…

Əli Kərimli

Dağıdıcı müxalifət mövsümi xarakter daşıyan mitinqlər və aksiyalara başlamaqları ilə bağlı sosial şəbəkələrdə məlumatlar yaymaqdadırlar. Görünür, hava soyuyanda aksiya dayanır, hava isinəndə “cuşə” gələrək, mitinq keçirmək istəyirlər. Ancaq o da bəllidir ki, onlar aksiyanı hər hansı məsələyə reaksiya vermək üçün yox, mövsümi olduğu üçün keçirməyə cəhd edirlər. Bir-birinə düşmən kəsilən Müsavat – “Milli Şura”, Müsavat-AXCP qarşıdurması fonunda Ə.Kərimli, C.Həsənli, S.Cəlaloğlu və digərləri A.Hacılının bu təklifinə dəstək verə biləcəklərmi?

  

Əlişka və çuşkaların sxodkası…

Əli Kərimli

“Qubka” Bob Əlişka özü kimi  çuşkalarını da başına yığıb ,adını da  mitinq qoyaraq bir “sxodka” keçiriblər. Maraqlısı da odur ki, bu gədələr illər boyu “Ortaya yığışmayın” sözlərini işlədirlər. Sən demə bunun səbəbi də gələn çuşkaların sayının mümkün qədər çox göstərilməsidir.Çünki saya görə xozeynlərə hesabat vermək lazımdır,yəni hər çuşkabaşına pul alınır axı. Əsas çuşkabaşı “Yojik” Cimi ,hə də Cəmil Həsənli ,sxodkaya qatılmayıb. Bə bu nətəri olur,”Qubka” Bob səhnədə təkbaşına kontrabasda çalmalı olub, Ciminin gəlməməsini isə vecinə belə qoymayıb. Qubka onsuz da tək çalıb–oynamağa öyrəncəlidir. Belə də kişilik,üzr istəyirəm səhv dedim,arvadlıq olar.Çünki bu çuşka yığımının heç bir milli dayağı  yoxdur.Hamıya gün kimi aydındır ki, bu gədələr bir sıra səfirliklərdən aldıqları tula paylarını “otrabotka” eləməlidirlər.Əlac nədi,eləsinlər də,yoxsa büyük-büyük danışmaq, insanların hisslərinə toxunmağa çalışmaq nəyə lazımdır.Çuşka sayını artırmaq üçün Əlişka radikal dindarları da  ora cəlb edir,  kim olur-olsun, haranın gədəsi olursa olsun  təki çəkilən şəkillərdə “Məhsul” bol görsənsin ki, verilən “yaşıl” öz işini görsün,mədəni dildə desək, lazım olan adamlar üçün elektorat görüntüsü yaratmaq olduqca vacib məsələdir.A kişilər,vallah böş şeydir,bunların boş-boş banlamaqları,gah dindən danışırlar,gah haqdan danışırlar,Allah eləməsin bunlara bir imkan verəsən,adamı topa tutarlar,getsinlər papaqlarını qabaqlarına (həm də dallarına) qoyub fikirləşsinlər,kiminsə adından danışmağa,ümumiyyətlə çıqqırlarını çıxarmağa bu gədaların  haqqı çatırmı…

  

AXCP və “Milli Şura” təkləndi…

Əli Kərimli

Sentyabrın 26-da keçiriləcək Referendumla bağlı bir müddət səs-küy salan, müxalifət partiyalarını isə birləşərək “xalq hərəkatı” adı altında küçələrə çıxıb, radikallıq nümayiş etdirməyə çağıran AXCP sədri Əli Kərimli, eləcə də “Milli Şura” rəhbərliyi bu dəfə də istədiyini ala bilmədi. Cəbhə sədri sosial şəbəkədə “Milli Şura”da təmsil olunmayan siyasi təşkilatları onlarla birləşərək Referendum Aktı layihəsinə qarşı çıxmağa səsləyib. Ancaq onun yalnız şəxsi mənafeyinə xidmət etdiyini yaxşı bilən müxalifət partiyaları, ümumiyyətlə, bu kimi çağırışlara əhəmiyyət verməyiblər.

  

Qeyri-legitim müxalifət…

Əli Kərimli

(www.saflig.com)

Bu günkü reallıq ondan ibarətdir ki, müxalifət partiyaları ölkədə gedən ictimai-siyasi proseslərdən tamamilə təcrid olunub. Bu da onların cəmiyyət tərəfində qəbul edilməmələri və sosial bazaldan məhrum olunmaları ilə bağlıdır. Bütün bunlara əsaslanaraq demək olar ki, parlament seçkilərində müxalifət növbəti məğlubiyyət zərbəsi ilə üzləşdi. Müxalifətin  növbəti seçki məğlubiyyəti  bu və digər səbəblərlə yanaşı daxillərində problemlərin son dərəcə kritik olması ilə də əlaqəli idi. AXCP və Müsavat daxilində baş verən funksionerlərarası savaş bunu deməyə əsas verir. Onlar daxili problemlərini həll edə bilmirlər, ona görə də xalqla bir olmaqda belə çətinlik çəkirlər…

  

AXCP-Musavat monopoliyasının sonu…

İsa Qəmbər

(www.saflig.com)

Uğursuzluqlarını pərdələmək üçün bir sıra müxalif siyasi partiyalar bu prosesə qoşulmaqdan imtina etmək üçün əllərinə düşən girəvəni buraxmadı. Guya seçkilərin anti-demokratik keçiriləcəyini iddia edən AXCP, ya da onun yedəyi qismində çıxış edən “Milli Şura” və s. kimi qurumlar yaxalarını kənara çəkdilər. Daha dəqiq desək, 20 ildən artıqdır ki, müxalifətdə sanki monopoliya yaratmış AXCP və Müsavat partiyaları bununla öz gücsüzlüklərini, ictimai rəyə lazım olmadıqlarını aşkar şəkildə etiraf etmiş oldular. Məsələn, bir-birinin ardınca baş verən səsli-küylü istefalar da belə deməyə əsas verir ki, artıq bu adda partiyaların heç bir siyasi təsir imkanları qalmayıb…

  

Milli Şuranın “Bəlkə də qaytardılar” ümidi..

Cəmil Həsənli

(www.saflig.com)

“Cəbhəxnaçılar”ın  real müxalifət qüvvələrinin Milli Şurada toplandığını bildirməsi  çoxlarının xətrinə dəyib. Nətəri yəni  ə bəs biz kimik?  Əhməd Oruc adlı özünü müxalifət sayan,və inək camışa baxan fermer-demokrat lap hiddətlənib: “Bu özü göstərir ki, Milli Şura real siyasi qüvvə deyil, bu cür mücərrəd birliklə nəinki 2015-ci ildə, heç 2025-ci ildə də hansısa uğura nail olmaq mümkün deyil. Çünki onlar özləri etiraf edib ki, sadəcə, mənəvi qələbə üçün prosesə qatılıblar. Onlar yalnız süni şəkildə Milli Şuranın ömrünü uzadırlar. Hansı siyasi qüvvənin real müxalifət olduğunu cəmiyyət qiymətləndirir və qiymətləndirməlidir. Real müxalifət bu hakimiyyətlə heç bir oyunda heç vaxt iştirak etməyən qüvvələrdir. Gəlin görək Milli Şuradakı qüvvələrin sırasında bu meyara uyğun gələn neçə şəxs və ya qurum tapa bilərik? Milli azadlıq hərəkatının iştirakçıları Rusiyanın projesinə qoşulacaq və hələ də bu projenin bərpa ediləcəyinə ümid edəcək duruma düşüblər. İndi bunların özünü real müxalifət təşkilatı adlandırması qəribə görünür”…

  

Fanatizm – cənnətə aparan ən kəsə yol..

Tale Bağırov

(www.saflig.com)

Sular durulduqca məlim olur ki, din, inanc toxunulmazlığı adı altında yaradılmış bütün silahlı dəstələrin mücadiləsi, əslində, bir neçə iri dövlətin neft-qaz alverçiliyi uğrunda bir-biriləri ilə didişməsindən başqa heç bir dəyərə xidmət eləmir. Bu qarşıdurmaların ilham mənbəyi isə təəssüf ki, dini fanatizmdir. Bu fanatizmin əsgərləri, beynəlxalq güclərin öz maliyyə maraqları naminə, onlar üçün yaratdığı hərc-mərclikdən istifadə edib, kəsə yolla cənnəti qazanacağını düşünürlər və bu yolda insanlığa yaraşmayan ən yaramaz hərəkətlərə qol qoyurlar. Sabir demiş, “millət necə tarac olur-olsun, nə işim var?”

  

Adı mübarizə olsun, məqsəd olmasa da olar…

Cəmil Həsənli

(www.saflig.com)

Bəzən mübarizə, haqq-ədalət adı altında elə adamlar elə məsələlərə görə qara-qışqırıq qoparırlar ki, nə məqsədi başa düşmək olur, nə adamları. Təki etiraz olsun, qanqaraçılıq olsun, lap elə qırmızı kitaba düşmək uğrunda. Bir də görürsən toy toğlusunun biri ortalığa düşüb mələyir ki, niyə o kitabda toğlugötürənin adı var, amma mənim yox…

  
1 2 3 4 5 6 7 8 9 10 11 12 ... 54 »