Milli Şuranın İŞİD –lə müqayisəsi…

Cəmil Həsənli

“İŞİD də özünü Suriyada hakimiyyətə qarşı əsas müxalifət elan etmişdi. Ukraynada mərkəzi hakimiyyətə tabesizlik nümayiş etdirib silahlı mübarizə aparanlar da özlərini müxalifət hesab edir. İndi gəlin görək, İŞİD-in müxalifliyi Suriya dövlətinə və xalqına xeyir gətirdi?! Milli Şuranın və AXCP-nin müxalifət olmağı indiyə qədər bu xalqa nə verib?! Bir müsbət nə isə verib?! Sən müxalifət ola bilərsən, ancaq sənin müxalifətçiliyin indiyə qədər bu ölkədə heç bir cüzi də olsa dəyişikliyə nail ola bilməyibsə, belə müxalifətçilik heç kimə lazım olmayan zərərli müxalifətçilikdir. 20 ildir sən Azərbaycan müxalifətinin önündə getdiyini bəyan edirsən, 20 ildir Azərbaycan müxalifəti uduza-uduza gedir. Sənin müxalifətçiliyin budursa, kimə lazımdır belə müxalifətçilik!? Bu xalq səni 20 ildir görür, alovlu taftalogiyadan ibarət nitq söyləmək xalqa xidmət etmək deyil”…

  

“Fazan” Arif öz başına bəla açır …

humor-1

“Fazan” Arif arxivləri aşıb tökür .“Maygülülər” 1993- cü il  Gəncə hadisələrini yada salıb bir-birinin  paxırlarını açıb tökürlər .
Müxtəlif qəzetlərdə və facebookda  “Fazan” Arif Hacılı başqa-başqa o vaxt kı AXC –cıləri axmaq adlandırıb  və günahlandırıb.
Onlar da dinc durmayıb açıb sandığı töküb pambığı.
“Fazan”a başa salmaq istəyiblər ki, çox hoppanıb düşmə,  özün qorxudan Gəncə hadisələrini televiziyada baxırdın,  qiyamçıları müdafiə edirdin. Əslində Surət Hüseynov  da  ”Fazan”ın  yaratdığı “əsər” idi, korpus komandiri ,  Milli Qəhrəman olması da, birbaşa onun  alçaqlığı ilə olub. Görün nə gündəymişki hakimiyyət gədə-güdə içra hakimiyyəti başçıları “Fazan”ın  kurasiyasında olub və onun  dediyilə  qiyamçıların tərəfinə keçirdi. Hətta  başçı təyin ediləndə “Yabı” ilə biirlikdə məcbur edirlərmiş ki, Müsavat Partiyasına üzv olun ya da basın bayıra, başçı qoymuruq sizi , həmin o üzdəniraq başçılar da ya müqavimət göstərmir, tülkü kimi gizlənir, ya da qiyamçıların tərəfinə keçirdi.
Seçki yaxınlaşdıqca çox  paxırların üstü açılır, başını yerə soxmaqla deyil, dal çöldədir, pul da ki, şirin şeydir, verib hər musiqiyə oynadırlar bu “maygülüləri”…

  

Tural Abbaslı Arif Hacılıya səsləndi…

Tural Abbaslı

Müsavat Partiyasının sədri Arif Hacılı təşkilatın üzləşdiyi böhrandan çıxış yolu və istefaların qarşısını almaq məqsədi ilə ciddi addımlar atmalıdır, əks təqdirdə bu tarixi məsuliyyət onun üzərində qalacaq. Bunu açıqlamasında partiya başqanlığına sabiq namizəd Tural Abbaslı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiya sıralarından istefasına mövqeyini açıqlayarkən deyib…

  

AXCP ilə Müsavatın qırhaqırı…

Əli Kərimli

AXCP ilə Müsavat partiyaları arasındakı soyuq münasibətlərin daha da gərginləşməsi, növbəti dəfə sübut edir ki, adıçəkilən siyasi təşkilatlar arasındakı vəziyyət bundan sonra, ümumiyyətlə, yaxşılığa doğru dəyişilməsi mümkün deyil. Xüsusilə, bir neçə ay öncə keçirilmiş mitinqlərdən sonra kimin hansı “səviyyədə” aksiya keçirməsi üstündə baş aldırmış qarşıdurmalar bu gün də sosial şəbəkədə və mediada davam edir.  Partiyalararası savaş tam sürəti ilə davam edir, qarşıdurmalar isə səngimir. ADP sədri S.Cəlaloğlu AXCP və Müsavat arasındakı qarşıdurmaları önə keçmək istəyinin ifadəsi kimi qiymətləndirib. S.Cəlaloğlu hesab edir ki, müxalifət birincilik uğrunda mübarizə aparır: “…Ayrı-ayrı partiyaların bir-biri ilə “ana müxalifət mənəm” yarışı keçirməsi lazım deyil…Azərbaycan müxalifətinin bu xəstəliyi hələ də qalmaqdadır. Təbii ki, bu da çox yanlış addımdır”.

  

Müsavat üçün bəy tərifi…

İsa Qəmbər

Həzarat! Məlumunuz olsun ki, Azərbaycan cəmiyyəti 2003-cu il prezident seçkilərinin məğlubiyyətinin səbəblərini ,Musavat “Maygülüləri”nin Milli Şuradan cixma səbəblərini və nəhayət el arasında nufuzu sıfıra yaxın olan “Fazan”Arifin ( sıfır ona ğörə demirəm ki,İ.Qəmbərin seçdiyini seçənlər bu rəqəmin sıfır olmasına imkan vermirlər) Musavat partiyasinin başına gətirilməsi səbəblərini araşdirmağa çox çalışacaq.Ərməğan edilir ki,əsas verən məsələlərdən biri də Hacılının sonuncu dəfə həbsdən necə çıxmasıdır.Cənab Hacılı deyir ki onu həbsxanadan bir yuksək rutbəli məmurun yanına apardılar.Onunla söhbətdən sonra isə maşınla gətirib evə duşurdulər. Həmin axşam isə əfv sərəncamı oldu.Duşunmək olar, elə deyilmi? Butun bunlardan xəbəri olan İ.Qəmbər isə Qubad bəyin tərafdarlarını hakimiyyətlə əlaqədə suçllayır. Son muşavirənin ən ağrılı məqamı sabiq başqanin 74 yaşlı qadının ustunə qışqırması oldu. Hansı ki qurultayda baş verən pozuntulardan danışmaq istəyirdi.Lakin I.Qəmbərin muşavirədə dediyi bir fikri ilə razıyam ki, 25 il harada idisə indi də oradadır. Hansı statusda əyləsdiyini bilməsəm də son muşavirədə onun sədarətdə əyləsməyi bunun subutudur…

  

Müxalifətin üz qarası…

Əli Kərimli

Rauf Arifoğlu: Azərbaycan müxalifəti ABŞ səfirliyinin dəvəti ilə özünü tülküdurmazdan “Hyatt” hotelə vermişdi. Onlardan elələri vardı ki, Vətən 10 dəfə çağırsa, yuxusuna haram qatıb, saat 5-də qalxmazdı. Əksəriyyət etibarilə ömründə bir dəfə də sübh namazına qalxmayanlar bu dəfə bir çağırışla sübhü “Hyatt” hoteldə açdılar. Burada ABŞ-dakı seçkini elektron müşahidə məntəqəsi yaradılmışdı və ölkəmizin seçkin bir kəsimi, şərti olaraq, Amerikanın dostları deyə biləcəyimiz vətəndaşlarımız, Bakıdakı diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri, yazarlar və başqaları toplaşıb, xanım Klintonun timsalında qələbəni bayram edəcəklərdi…Hamı arxayın idi -  Trampı dəli sayır, ələ salır, deyib gülür, olası qələbə üçün əllərinə virtual xına yapır, məzələnirdilər…

  

Mitinqdəki şəkillə mühacirətə getdilər…

Əli Kərimli

Adamda abır həya olmalıdı…Son illər Azərbaycandan Avropa ölkələrinə getmək üçün müxtəlif variantlara əl atan soydaşlarımız daha çox özlərini müxalifət fəalları kimi təqdim edirlər.Məlum olub ki, həmin şəxslərin siyasi müxalifətə heç bir aidiyyatı yoxdur. Həmçinin, Avropada yaşayan siyasi fəalların özləri də oradakıların çoxunu tanımır.Ötən ayın sonunda isə 50-yə yaxın Azərbaycan vətəndaşı Avropa ölkələrinə mühacirət edib. Maraqlıdır ki, mühacirətə gedənlərin əksəriyyəti son zamanlar təşkil edilən mitinqlərdə olanlardır. Belə ki, aksiyaya qatılan bu insanlar bir neçə foto çəkdirməklə buna nail olublar. Müxtəlif yollarla Avropaya daxil olan həmin şəxslərin əksəriyyəti gənclərdir. Onlar daxil olduğu ölkələrdə son aksiyalarda fotolarını yerli qurumlara təqdim edərək, özlərini siyasi müxalifətin tərəfdarıları kimi təqdim ediblər.Hazırda mühacir düşərgələrinə qəbul olunan həmin şəxslərlə bağlı araşdırmalar başlayıb…

  

AXCP və Müsavatın “Mühacir biznesi”…

Əli Kərimli

Bu gün hər kəsə bəllidir ki, dağıdıcı müxalifət partiya sədrləri siyasətə gəlir mənbəyi kimi baxırlar. Yəni pozucu siyasi fəaliyyətlər müqabilində xaricdəki məkrli qüvvələrdən maddi və mənəvi yardımlar alırlar. Həm də AXCP sədri Ə.Kərimli və A.Hacılı partiya vəsiqələrini 1500-2000 dollara satmaqla maddi durumlarını saxta yolla əldə olunan pullar hesabına bir qədər də düzəltməyə çalışırlar. Bu gün Avropa ölkələrinə çoxlu sayda müxalifətçi adı altında insanlar üz tutur. Bəlli olur ki, həmin ölkələrə üz tutan şəxslərin bir qismi guya radikal müxalifət partiyalarının üzvləridir. Guya həmin şəxslərin Azərbaycanda hüquqları pozulur. Avropa ölkələrinə gedən şəxslər, hesab edirlər ki, getdikləri ölkə onlar üçün daha yaxşı olacaqdır. Ümumiyyətlə, bəzi şəxslərin müxalifət adı ilə Avropa ölkələrinə gedərək, orada Azərbaycan haqqında reallığı özündə əks etdirməyən fikirlər səsləndirmələri çox pis bir haldır. Yəni azərbaycanlı bir vətəndaşın pul əldə etmək xatirinə, bu cür hərəkətlərə əl atması utancverici haldır.

Avropa ölkələrinə gedən həmin şəxslərdən Azərbaycanı istəməyən xarici qüvvələr öz məkrli siyasətlərini yürütmək üçün istifadə edirlər.Təbii ki, bu şəxslərin belə hərəkətləri xalq tərəfindən də birmənalı tərzdə pislənir. AXCP sədri Ə.Kərimli və A.Hacılının partiya vəsiqələrini satmalarına Azərbaycan hüquq-mühafizə orqanları hüquqi qiymət verməlidirlər.

  

Arif Hacılının gəlir mənbələri…

1

Bu başlığı və sözləri biz fikirləşməmişik,qardaşlar! Bu sözü dünənə qədər “bəy”lərlə oturub-duran,yeyən-içənlər, o cümlədən Xaliq bəy  deyir. Görün arxası nədir?
Müsavat Partiyasının vaxtilə  keçirdiyi mitinq də sifarişli olub,çoxlu sayda adamın həbs edilməsi isə ictimai palatanın fəalliyyətinin elə başlanğıcdaca boğulduğu demək imiş.Sən demə, həmin mitinqdə A.Hacılının  həbs olunaraq, 2,6 aylıq həbsə məhkum edilməsi də oyun imiş. Yəni qəsddən tutulur ,sonra da buna görə havadarlarından pul alır. Axı,neyləsin bədbəxt?  İki övladını xaricdə oxudur, həmin pulla oxudur da bə.
Milli Şura  da boş şeydir,  son 20 ildə birliklər yaradan, sonradan həmin birlikləri dağıdan, axırıncı dəfə İctimai Palatanı bitirən adamlar Milli Şuranı da o günə salacaqlar. Yəni bir sözlə Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb.Həmin dəstə yaradılan birlikləri dağıda-dağıda gedir. O dəstə yenə bütünlüklə Milli Şuraya gedəcək, orda da öz “işlərini” görəcək”. Əli Kərimli də 2010- cu ilin yayından o dəstənin ən fəal üzvlərindəndir. Bir sözlə müxalifətin milli strategiyası yoxdur, bu səbəbdən də ortada aydın xətt də yoxdur. Xaliq bəyin sözləri ilə son versək alınır ki, müxalifət  boş-boş birlikdən danışır, məqamı çatdıqda isə aradan cıracaqlar…

  

Musavatda razborka söhbətləri…

Rauf Arifoğlu

Bu gədələr yenə də bir-birini qırırlar. Arif Hacılı mişoppa bəyanat verib , Rauf Arifoğlunu satqın aldadıb. O da deyib ki, satqın  da varsan ,hələ o tərəfə də . Bundan sonra qızışıblar. Artıq mətbuatda vor zakon söhbəti edirlər. Bundan sonra Rauf Müsavtdan istefa verib, onunla bir yerdə qardaşı və əsabələri də tərk ediblər. Dava pulun davasıdır. Arif Hacılı deyir ki, ə kişi qəzeti mənim partiyamın adından çap eləyirsənsə mənə də qrev göndər. O da deyir obşak ləğv olunub ona görə də qrev yoxdu, ponyatkan olsun…Bundan sonra sxodka,razborka başlayıb… Axırını da əvvəldə dedik…

  
1 2 3 4 5 6 7 8 9 10 11 12 ... 40 »