Əli Kərimli ilə İsa Qəmbər niyə küsülüdürlər?

İsa Qəmbər

AXCP “Cəbhəxanaçıları” və  Müsavat “Maygülülər”i  o vaxt Fransa prezidenti ilə görüşə birgə qatılması “küsülüləri kim barışdıra bilər? sualını gündəmə gətirdi. Həmin görüşdən sonra onların barışacağı ehtimal olunsa da, Olland gedəndən sonra münasibətlər yenə əvvəlki kimdir.Maraqlıdır, Ollandın barışdıra bilmədiyi küsülüləri kim barışdıra bilər?Müsavat başqanının keçmiş müavini, politoloq Qabil Hüseynli açıqlamasında bildirib ki, Qərb bu iki partiyanın barışmasını istəyirdi, amma… “Qərb işini- gücünü atıb, bununla məşğul olmaz. Məncə, partiyaların barışması təbii surətdə baş verməlidir. İndiki küsülülüyün səbəbkarı ciddi ambisiyaları olan liderlərdir. Liderlər dəyişsə və praqmatik düşüncəli, siyasəti sözün həqiqi mənasında ambisiya meydanına çevirməyən insanlar gəlsə, iki partiya barışa bilər”,– deyə politoloq qeyd edib.Lakin o hesab edir ki, hansısa üçüncü şəxs iki küsülünü barışdırmaq gücündə deyil. Partiyanın sıravi üzvlərinin münasibətləri yenə əvvəlki kimidir. Düşmənçilik partiyalar arasında deyil, barmaqla sayılacaq insanlar arasındadır ki, onlar da siyasi münasibətləri formalaşdırır”…

  

AXCP hansıdır Əli Kərimli, yoxsa Razi Nurullayev?

Əli Kərimli

KXCP sədri Mirmahmud Mirəlioğlunun isə cavabı belə oldu: “Mən əhəmiyyətsiz şeyə münasibət bildirmirəm”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, hazırda dövlət qeydiyyatından keçmiş AXCP var və bu partiyaya sədrliyi Əli Kərimli edir: “Biz hüquqa hörmət etməyin tərəfdarıyıq. Hesab edirik ki, AXCP Əli Kərimlinin rəhbərlik etdiyi partiyadır. AXCP dövlət qeydiyyatından keçmiş partiyadır. Həm də uzun illərdir AXCP kimi fəaliyyət göstərir, tanınır. Mən onun tərəfində deyiləm ki, ayrılma baş versin və ayrılanlar o partiyanın adından istifadə etsin. Ayrılanlar ayrıla bilər, bu da onların hüququdur, lakin yeni partiya adı ilə ortaya çıxa bilərlər”.

  

AXCP üzvü Əli Kərimlinin Londona uçan ailə üzvlərinin şəkillərini yayıb üsyan etdi: “1 milyon xərcləyib…”

Əli Kərimli

ttp://virtualaz.org/uzbeuz/101195

AXCP fəalı Paşa Umudov bu günlərdə qohumlarının dəvəti ilə Rusiyaya gedərkən aerportda öz liderinin-Əli Kərimlinin London reysini gözləyən ailə üzvləri ilə rastlaşıb və onların fotolarını çəkib.

Virtualaz.org xəbər verir ki, Paşa Umudov Əli Kərimlinin ailə üzvlərinin Londonda oliqarxlar kimi komfort içində yaşadığına əmin olandan sonra üsyan qaldırıb və AXCP sədrini şiddətlə qınayan məktub hazırlayaraq Avropa.info-ya təqdim edib.

Paşa Umudov yazır: “Uzun illərdir sədaqətlə AXCP ideyalarına xidmət etsəm də, son dövrlər təşkilat daxilində baş verənlər məni və ətrafımda olan bir çox cəbhəçiləri Əli Kərimlini oyunbaz və dələduz şəxs kimi tanımağa vadar etdi. AXCP-nin çətin durumda olduğu, 11 nəfər cəbhəçinin həbsdə yatdığı, onların ailəsinin min-bir əziyyət çəkdiyi,  partiya üzvlərinin uşaqlarının boğazından kəsib çətinliklə üzvlük haqqı verdiyi bir zamanda ətrafa diqqətlə baxanda gördüklərimiz bizi məyus edir. Rusiya ərazisində yaşayan qohumlarımın dəvəti ilə bir neçə gün öncə həmin ölkəyə gedərkən hava limanında Əli Kərimlinin Londona uçan ailə üzvləri ilə rastlaşmasaydım bu məktubu heç yazmazdım da. Yalan danışmadığımı fotoşəkillərdə özünüz də görə bilərsiniz”…

  

Sərdar Cəlaloğlu: “Əli Kərimli “Azərbaycan siyasətinin primadonnası”dır”

Əli Kərimli

ADP sədri Sərdar Cəlaloğlu ilə AXCP sədri Əli Kərimli arasında başlayan söz savaşı yenidən gərginləşib. Səbəb də AXCP üzvlərinin Ə.Kərimlinin göstərişinə əsasən, sosial şəbəkələrdə və mətbu orqanlarda ADP sədrinin ünvanına təhqirlər səsləndirmələri, ittihamlar irəli sürmələridir. S.Cəlaloğlu Ə.Kərimlini “Azərbaycan siyasətinin primadonnası” adlandırması partiyalar arasındakı virtual savaşın dərinləşməsinə səbəb olub. ADP sədri bildirib ki, nə qədər Ə.Kərimli AXCP sədridir, partiyadan istefalar dalğası getdikcə genişlənəcək…

  

“Beşinci kolon” üzvlərinin mənfur niyyətləri puç olacaq…

Əli Kərimli

“Beşinci kolon” üzvlərinin, anti-milli qüvvələrin atdığı son addımlardan görünür ki, onlar yeni təlimatlar alıblar. Bu gün Azərbaycanda ən mötəbər tədbirlərdən biri keçirilir. Turistlər ölkəmizə axışırlar. Ölkəmizi daha yaxından tanımaq üçün yeni fürsət yaranır, Azərbaycan dövlətinin tolerantlığı və iqtisadi gücü bir daha dünyaya nümayiş olunacaq. Bu isə, dağıdıcı müxalifətə sərf etmir, ona görə də “beşinci kolon” üzvləri dövlətimizi ləkələmək və xarici qonaqların təsəvvüründə mənfi təəssüratlar yaratmaq üçün, əllərindən gələni etməyə çalışırlar. Heç şübhəsiz ki, antimilli qüvvələrin bu niyyətləri də puç olacaq. Doğma ölkəsinə qarşı əsl düşmənçilik mövqeyi ortaya qoymaq, hətta telayüklü məsələlərdə belə ermənipərəst mövqeyi ilə gündəm yaratmağa cəhd etmək heç kimə başucalığı gətirməyib və cəbhəçilərə və müsavatçılara da gətirməyəcək. Nəticə çıxarmağın zamanıdır!

  

Xalq Cəbhəsinin – Lax Cəbhəsinin (ifadə Elçibəyə aiddir – red.) sədr müavini…

Əli Kərimli

1993-cü ilin may ayının 25-də Prezident Aparatında keçirilən və Əli Kərimlinin də dövlət katibi kimi iştirak etdiyi müşavirənin videosunu yenidən izləsin, sonra kimlərəsə qara yaxmağa cəsarəti çatsın. Əgər həmin videolar əlinin altında yoxdursa, keçmişinə yenidən boylanmaq istəyirsə, problem yoxdur, ona bu “sevinci” yaşadarıq.Kadrlardan da görünür ki, Əli Kərimli prezidentlə yanaşı oturub və liderinin sözlərini daha yaxşı eşidir. İttihamların da 90 faizi ona qarşıdır. Amma mikrofonların dalında gizlənməklə tarixin obyektivindən yayınmağa çalışır. Xalq Cəbhəsinin – Lax Cəbhəsinin (ifadə Elçibəyə aiddir – red.) sədr müavini kimi ideoloji işin də lax icra edildiyi onun ayağına yazılır.

  

Müxalifətin mövsümi mitinqi də fiaskoya uğrayacaq…

Əli Kərimli

Dağıdıcı müxalifət mövsümi xarakter daşıyan mitinqlər və aksiyalara başlamaqları ilə bağlı sosial şəbəkələrdə məlumatlar yaymaqdadırlar. Görünür, hava soyuyanda aksiya dayanır, hava isinəndə “cuşə” gələrək, mitinq keçirmək istəyirlər. Ancaq o da bəllidir ki, onlar aksiyanı hər hansı məsələyə reaksiya vermək üçün yox, mövsümi olduğu üçün keçirməyə cəhd edirlər. Bir-birinə düşmən kəsilən Müsavat – “Milli Şura”, Müsavat-AXCP qarşıdurması fonunda Ə.Kərimli, C.Həsənli, S.Cəlaloğlu və digərləri A.Hacılının bu təklifinə dəstək verə biləcəklərmi?

  

Ə.Kərimlinin biabırçı profilləri…

Əli Kərimli

“Meydan” TV, “Azadlıq” qəzeti, “Hamam Times”, “AzTV-dən seçmələr” adlı təxribatçı səhifələrin facebookda ən aktiv üzvlərini tanımamış olmazsınız. O “üzv”lər ki, daim təhqir və qeyri-etik sözləri ilə diqqət cəlb etməyə çalışırlar. Dövlətimizin ünvanına aşağılayıcı fikirlər səsləndirirlər. “Nida”çı  Kürşad Türk facebookdakı saxta profil və adlarla bağlı maraqlı məlumatlar verib. O, həmçinin, AXCP sədri Ə.Kərimlinin hansı saxta profillərlərdən istifadə etdiyini faktlarla diqqətimizə çatdırdı. Buyurun, tanış olun: “Qön ay”, “Saida Saridas”, “Zimon Vusal”, “Gunel Khalilova”, “Nura Elekberova”, “Fidan Anar”, “Seva Aliyeva” AXCP sədri Ə.Kərimlinin saxta profillərindən bir neçəsidir.  Söyüş, təhqir, hədyan və qərəz bu səhifələrin əsas “fəaliyyət” istiqamətini təşkil edir. Ə.Kərimlidən elə bunu da gözləyirdik. Ancaq 52 yaşlı birinin qız adları ilə saxta profillər açaraq, özünü rüsvay etməsi əsl dəhşətdir!

  
1 2 3 4 5 6 7 8 9 10 11 12 ... 71 »