Əli Kərimli ilə İsa Qəmbər niyə küsülüdürlər?

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

İsa Qəmbər

AXCP “Cəbhəxanaçıları” və  Müsavat “Maygülülər”i  o vaxt Fransa prezidenti ilə görüşə birgə qatılması “küsülüləri kim barışdıra bilər? sualını gündəmə gətirdi. Həmin görüşdən sonra onların barışacağı ehtimal olunsa da, Olland gedəndən sonra münasibətlər yenə əvvəlki kimdir.Maraqlıdır, Ollandın barışdıra bilmədiyi küsülüləri kim barışdıra bilər?Müsavat başqanının keçmiş müavini, politoloq Qabil Hüseynli açıqlamasında bildirib ki, Qərb bu iki partiyanın barışmasını istəyirdi, amma… “Qərb işini- gücünü atıb, bununla məşğul olmaz. Məncə, partiyaların barışması təbii surətdə baş verməlidir. İndiki küsülülüyün səbəbkarı ciddi ambisiyaları olan liderlərdir. Liderlər dəyişsə və praqmatik düşüncəli, siyasəti sözün həqiqi mənasında ambisiya meydanına çevirməyən insanlar gəlsə, iki partiya barışa bilər”,– deyə politoloq qeyd edib.Lakin o hesab edir ki, hansısa üçüncü şəxs iki küsülünü barışdırmaq gücündə deyil. Partiyanın sıravi üzvlərinin münasibətləri yenə əvvəlki kimidir. Düşmənçilik partiyalar arasında deyil, barmaqla sayılacaq insanlar arasındadır ki, onlar da siyasi münasibətləri formalaşdırır”…