AXCP üzvü Əli Kərimlinin Londona uçan ailə üzvlərinin şəkillərini yayıb üsyan etdi: “1 milyon xərcləyib…”

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Əli Kərimli

ttp://virtualaz.org/uzbeuz/101195

AXCP fəalı Paşa Umudov bu günlərdə qohumlarının dəvəti ilə Rusiyaya gedərkən aerportda öz liderinin-Əli Kərimlinin London reysini gözləyən ailə üzvləri ilə rastlaşıb və onların fotolarını çəkib.

Virtualaz.org xəbər verir ki, Paşa Umudov Əli Kərimlinin ailə üzvlərinin Londonda oliqarxlar kimi komfort içində yaşadığına əmin olandan sonra üsyan qaldırıb və AXCP sədrini şiddətlə qınayan məktub hazırlayaraq Avropa.info-ya təqdim edib.

Paşa Umudov yazır: “Uzun illərdir sədaqətlə AXCP ideyalarına xidmət etsəm də, son dövrlər təşkilat daxilində baş verənlər məni və ətrafımda olan bir çox cəbhəçiləri Əli Kərimlini oyunbaz və dələduz şəxs kimi tanımağa vadar etdi. AXCP-nin çətin durumda olduğu, 11 nəfər cəbhəçinin həbsdə yatdığı, onların ailəsinin min-bir əziyyət çəkdiyi,  partiya üzvlərinin uşaqlarının boğazından kəsib çətinliklə üzvlük haqqı verdiyi bir zamanda ətrafa diqqətlə baxanda gördüklərimiz bizi məyus edir. Rusiya ərazisində yaşayan qohumlarımın dəvəti ilə bir neçə gün öncə həmin ölkəyə gedərkən hava limanında Əli Kərimlinin Londona uçan ailə üzvləri ilə rastlaşmasaydım bu məktubu heç yazmazdım da. Yalan danışmadığımı fotoşəkillərdə özünüz də görə bilərsiniz”…