“Beşinci kolon” üzvlərinin mənfur niyyətləri puç olacaq…

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Əli Kərimli

“Beşinci kolon” üzvlərinin, anti-milli qüvvələrin atdığı son addımlardan görünür ki, onlar yeni təlimatlar alıblar. Bu gün Azərbaycanda ən mötəbər tədbirlərdən biri keçirilir. Turistlər ölkəmizə axışırlar. Ölkəmizi daha yaxından tanımaq üçün yeni fürsət yaranır, Azərbaycan dövlətinin tolerantlığı və iqtisadi gücü bir daha dünyaya nümayiş olunacaq. Bu isə, dağıdıcı müxalifətə sərf etmir, ona görə də “beşinci kolon” üzvləri dövlətimizi ləkələmək və xarici qonaqların təsəvvüründə mənfi təəssüratlar yaratmaq üçün, əllərindən gələni etməyə çalışırlar. Heç şübhəsiz ki, antimilli qüvvələrin bu niyyətləri də puç olacaq. Doğma ölkəsinə qarşı əsl düşmənçilik mövqeyi ortaya qoymaq, hətta telayüklü məsələlərdə belə ermənipərəst mövqeyi ilə gündəm yaratmağa cəhd etmək heç kimə başucalığı gətirməyib və cəbhəçilərə və müsavatçılara da gətirməyəcək. Nəticə çıxarmağın zamanıdır!