Əli Kərimlinin “qəhrəman” obrazı…

Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex

Əli Kərimli

(www.saflig.com)

Bu gün Əli Kərimli həm də özünün iki aylıq dövlət katibi vəzifəsini qabartmaqla, sanki Elçibəy hakmiyyətinin məsuliyyətini öz üzərindən atmaq istəyir və əsas məqsədi də budur……Bir sözlə o bütün fikirləri ilə nağıl danışır. Adama deyərlər ki, bu cür ordu yaratmışdınsa, Sürət Hüseynovun 60 nəfərlik banditinin qarşısından niyə qaçdın?! Qorxundan Bakını da tərk etmişdin. Ən yaxın qohumları belə Əli Kərimliyə yaxın durmur, sahib çıxmırdı. İndi bu adam özündən qəhrəman obrazı yaradır. Bir daha deyirəm, bu cür ordu yaratmışdınsa, niyə qiyam edən banditlərin qarşısını almadın?! Qiyamın qarşısını almaq mümkün idisə, onda Əli Kərimli prezident Elçibəyə xəyanət edib. Sürətin qorxusundan Türkiyədən qayıda bilməyən adamın qəhrəmanlıqdan danışması sadəcə gülüncdür. Özü də çox adam yaxşı bilir ki, Sürət Hüseynov Əli Kərimli haqqında hansı ifadələri işlədib…